Bank Of Baku

Ötən ay Azərbaycanda dolların birja məzənnəsi 0,14% artıb

Ötən ay Azərbaycanda dolların birja məzənnəsi 0,14% artıb
# 01 mart 2010 09:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayı ərzində Bakı Banklararası Valyuta Birjasında (BBVB) USD/AZN_TOD aləti üzrə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,14% düşüb.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında ABŞ dollarının məzənnəsi 0,8035 AZN-dən 0,8024 AZN-dək bahalaşıb. Nəticədə, milli valyutanın dollara qarşı nisbi ortaölçülü birja məzənnəsi fevral ayında 0,8030 AZN-ə bərabər olub. Halbuki, yanvar ayında bu göstərici 0,8028 AZN təşkil edib.

Xatırladaq ki, bu ilin fevral ayında BBVB-nin valyuta bölməsində keçirilən 40 ticarət sessiyasında 15 bankın iştirakı ilə 49,071 mln. manat və ya 61,107 mln. dollar həcmində 44 alqı-satqı əqdi qeydə alınıb. Bu isə yanvar ayı ilə müqayisədə 23,2% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR