Bank Of Baku

Azərbaycanda yeni prosesinq mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda yeni prosesinq mərkəzi fəaliyyətə başlayıb
# 01 mart 2010 10:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gündən etibarən Azərbaycanda «Texkart» adlı yeni Prosesinq Mərkəzi fəaliyyətə başlayıb. Bunu «APA-Economics»ə açıqlamasında «Texkart» Prosesinq Mərkəzinin baş direktoru Polad Talıbov bildirib.

P.Talıbovun sözlərinə görə, artıq mərkəz tərəfindən «MasterCard» sisteminin 100-ə yaxın plastik kartı emissiya olunub: «MasterCard»lar avro hesablı olduğu üçün ilk olaraq «Texkart» Prosesinq Mərkəzində məhz bu cür kartlar buraxılıb. Növbəti emissiyada «Visa» sisteminin lokal, debit və kredit kartları nəzərdə tutlur. Bu isə 40 gün vaxt aparacaq».

Qeyd edək ki, «Texkart» Prossesinq Mərkəzi «Texnikabank» ASC tərəfindən 2007-ci ildə yaradılıb. Şirkət ilk olaraq «Texnikabank» üçün kartlar emissiya edəcək, gələcəkdə isə digər banklara da xidmətlərin göstərilməsi nəzərdə tutulub. «Texkart»ın nizamnamə kapitalı 1 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR