«APA-Economics»in məlumatına görə, ötən həftə ərzində birja dövriyyəsinin gündəlik göstəriciləri aşağıdakı kimi olub:
Müddətin yekunlarına görə, dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət əməliyyatlarının nəticəsi üzrə orta göstərici) 0,1% azalaraq 0,8024 manat təşkil edib. Dolların rəsmi məzənnəsi isə 0,01% artaraq 0,8034 manata bərabər olub:
Göründüyü kimi, ötən həftə ərzində dolların birja məzənnəsi tam sabitlik nümayiş etdirib və yalnız həftənin son günündə məzənnə kəskin azalıb, dövriyyə isə kəskin artıb. Qeyd edək ki, bu iki amil bir və ya bir neçə ünvanlı əqdin bağlandığını göstərir.
Avronun rəsmi məzənnəsi isə hesabat dövründə 0,4% azalaraq həftənin son gününə 1,0916 manat təşkil edib: