Bank Of Baku

Azərbaycanda vaxtı keçmiş kreditlərin xüsusi çəkisi artmaqda davam edir

Azərbaycanda vaxtı keçmiş kreditlərin xüsusi çəkisi artmaqda davam edir
# 01 mart 2010 12:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank və qeyri-bank kredit təşkilatları tərəfindən verilən ssudaların tərkibində vaxtı keçmiş kreditlərin həcmi 2010-cu ilin fevral ayının 1-nə 331,4 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, vaxtı keçmiş kreditlərin xüsusi çəkisi son bir ildə 1,4 faiz bəndi artaraq 3,9% təşkil edib.

Qeyd edək ki, son illər ərzində vaxtı keçmiş kreditlərin xüsusi çəkisi üzrə tədricən azalma, lakin ötən ildən artım tendensiyası müşahidə olunub:




Dövrün sonuna

Qeyd edək ki, vaxtı keçmiş kreditlərin xüsusi çəkisi üzrə göstərici son 2-3 ilin mənzərəsi ilə müqayisə olunduqda hazırkı 4%-lik səviyyə yüksək qiymətləndirilə bilər. Lakin digər ölkələrlə müqayisə Azərbaycandakı vəziyyət qənaətbəxş hesab olunur. Belə ki, maliyyə böhranı nəticəsində əksər ölkələrdə bu göstərici 10%-dən yüksəkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR