Bank Of Baku

Azərbaycan əhalisi yanvarda nağd dolların alışını 34% azaldıb

Azərbaycan əhalisi yanvarda nağd dolların alışını 34% azaldıb
# 01 mart 2010 12:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhali tərəfindən kommersiya banklarına satılan nağd dollar kütləsinin həcmi 2010-cu ilin yanvar ayında 77 426 400 dollar təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 2,2 dəfə azdır.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, əhali tərəfindən banklar vasitəsi ilə nağd dolların alış həcmi isə yanvarda 359 476 800 dollara bərabər olub ki, bu da dekabr göstəricisindən 33,7% azdır.

Ötən ilin yanvar göstəriciləri ilə müqayisədə nağd dolların alışı 28%, satışı isə 39% azalıb.

Qeyd edək ki, 2009-cu il ərzində əhali ümumilikdə 1 418 760 000 dollar həcmində satış, 5 807 164 200 dollar həcmində isə alış əməliyyatları həyata keçirib. Bu göstəricilər 2008-ci il ilə müqayisədə müvafiq olaraq 2,5% az və 16,9% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR