Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, dəyişikliklərə əsasən, «Şimşək» sistemi üzrə məbləğlər və tariflər aşağıdakı kimi müəyyən edilib:
Köçürmənin məbləği | AZN | USD / EUR |
10 – 50 AZN / USD / EUR | 0,5 AZN | 1 USD / EUR |
50,01 – 100 AZN / USD / EUR | 1 AZN | 1 USD / EUR |
100,01 – 150 AZN / USD / EUR | 1,5 AZN | 2 USD / EUR |
150,01 – 200 AZN / USD / EUR | 2 AZN | 2 USD / EUR |
200,01 – 2000 AZN / USD / EUR | 0,5% | 0,5% |
2000,01 – 20 000 AZN / USD / EUR | 0,3% | 0,3% |
«DəmirBank»ın «Şimşək» sistemi vasitəsi ilə əlverişli şərtlərlə 3 valyutada – manat, dollar və avro ilə ölkədaxili pul köçürmələri həyata keçirmək mümkündür. Köçürməni 7 dəqiqə sonra müvafiq filialdan almaq olar.
Qeyd edək ki, bank həmçinin «Western Union», «Bıstraya Poçta», «Migom», «Contact», «Zolotaya Korona» və «Coinstar» sistemləri ilə beynəlxalq pul köçürmələri həyata keçirir.
«DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Cari ilin yanvar ayının 1-nə banklın aktivlərinin həcmi 266,034 mln. manat, depozit portfeli 95,247 mln. manat, kredit portfeli 198,989 mln. manat, məcmu kapitalı 46,587 mln. manat, o cümlədən nizamnamə kapitalı 18,400 mln. manat təşkil edib. Hazırda bankın 29 filialı, 47 bankomatı və 259 POS-terminalı mövcuddur.