Bank Of Baku

Bakı Fond Birjasının dövriyyəsi yanvar-fevral aylarında 68% artıb

Bakı Fond Birjasının dövriyyəsi yanvar-fevral aylarında 68% artıb
# 02 mart 2010 07:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 273 277 626,99 manat təşkil edib. Bu da 2009-cu ilin eyni dövrünün analoji göstəricisindən 67,6% çoxdur.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, hesabat dövründə korporativ qiymətli kağızlar (KQK) bazarı 48% azalıb. Korporativ istiqrazların ilkin bazarında 21 əqd üzrə 15 172 685,01 manatlıq yerləşdirmə qeyda alınıb, istiqrazların təkrar bazarında isə 14 222 051,29 manatlıq əqdlər bağlanılıb ki, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə bu göstərici 6,5 dəfə artıb. Ümumiyyətlə, korporativ istiqrazlar bazarı yanvar-fevralda 13,5 dəfə artıb.

Səhm bazarına gəldikdə isə, hesabat aylarında bu növ kağızlar üzrə qeydə alınan əqdlərin həcmi 21 068 184 manat təşkil edib və 2009-cu ilin yanvar-fevral aylarına nisbətən bazar 4,5 dəfə azalıb. Səhmlərin ilkin bazarı ilin il kiki ayında 3,8 dəfə, təkrar bazarı isə 11 dəfə azalıb.

Korporativ qiymətli kağızlar üzrə
BFB-da keçirilmiş hərracların müqayisəli cədvəli



Bazarın seqmentləri

yanvar-fevral, 2010

yanvar-fevral, 2009

Nisbət

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Korporativ istiqrazlar (yerləşdirmə)

15 172 685,01

21

0,00

0

-

Korporativ istiqrazlar
(təkrar bazar)

14 222 051,29

7

2 179 395,00

8

6,5 dəfə

Kİ bazarı cəmi

29 394 736,30

28

2 179 395,00

8

13,5 dəfə

Səhmlər (yerləşdirmə)

19 101 116,00

16

73 217 505,00

67

-3,8 dəfə

Səhmlər (təkrar bazar)

1 967 068,00

348

21 657 791,20

593

-11 dəfə

Səhm bazarı cəmi

21 068 184,00

364

94 875 296,20

660

-4,5 dəfə

KQK bazarı cəmi

50 462 920,30

392

97 054 691,20

668,00

51,99%



Bundan başqa, cari ilin yanvar-fevral ayında birjada dövlət istiqrazları (Dİ) bazarında da azalma müşahidə olunub. Belə ki, hesabat dövründə dövlət istqrazlarının ilkin bazarının həcmi 4 dəfə, təkrar bazarın həcmi isə 7,2 dəfə azalıb. Ümumiyyətlə, yanvar-fevral aylarında dövlət qiymətli kağızlar (DQK) bazarının həcmi ötən ilin iki ayı ilə müqyaisədə 6,9 dəfə azalıb.

Dövlət qiymətli kağızları üzrə
BFB-da keçirilmiş hərracların müqayisəli cədvəli



Bazarın seqmentləri

yanvar-fevral, 2010

yanvar-fevral, 2009

Nisbət

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Dİ (AMN)  (yerləşdirmə)

21 963 680,08

12

88 203 164,42

47

-4 dəfə

Dİ (AMN)
(təkrar bazar)

11 758 047,08

7

85 208 952,60

47

-7,2 dəfə

Dİ bazarı cəmi

33 721 727,16

19

173 412 117 02

94

-5,1 dəfə

Notlar (AMB) (yerləşdirmə)

29 576 946,98

21

143 951 709,22

60

-4,8 dəfə

Notlar (AMB)
(təkrar bazar)

0,00

0

58 326 457,30

30

-

Not bazarı cəmi

29 576 946,98

21

202 278 166,52

90

-6,8 dəfə

Repo əməliyyatları

159 516 032,55

155

1 157 477 857,77

198

-7,2 dəfə

DQK bazarı cəmi

222 814 706,69

195

1 533 168 141,31

382

-6,9 dəfə


Dİ – dövlət istiqrazları;
AMN – Azərbaycan Maliyyə Nazirliyi;
AMB – Azərbaycan Respublikasının Mərkəzii Bankı;
DQK – dövlət qiymətli kağızları;
KQK – korporativ qiymətli kağızlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR