Bank Of Baku

Azərbaycan Kredit İttifaqları Assosiasiyası genişlənir

Azərbaycan Kredit İttifaqları Assosiasiyası genişlənir
# 02 mart 2010 08:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Gələn həftə Azərbaycan Kredit İttifaqları Assosiasiyasına (AKİA) «İsmayıl» (Masallı) kredit ittifaqının üzv olacağı gözlənilir. Bununla da AKİA-ya üzv olan ittifaqların sayı 58-ə çatacaq. Bunu «APA-Economics»ə açıqlamasında AKİA-nın İdarə Heyətinin sədri Elçin Bağırov bildirib.

E.Bağırovun sözlərinə görə, bununla bağlı növbəti həftə ərzində AKİA-nın İdarə Heyətinin iclası keçiriləcək. İclasda «İsmayıl» kredit ittifaqının quruma üzvlüyü məsələsi təsdiqlənəcək.

Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycandakı 79 kredit ittifaqından 57-si qurumun üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR