Azərbaycan Vergilər Nazirliyi büdcə proqnozunu 29% kəsirlə icra edib
Ötən il ərzində əhalinin pul gəlirlərinin artım sürəti mövcud inflyasıyanı bir necə dəfə üstələyib. Belə ki, 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə inflyasiya tempi 20,8%-dən 1,5%-ə qədər azalıb.
Bundan başqa, 2008-ci illə müqayisədə əhaliyə göstərilən pullu xidmətlərin həcmi 12,5%, pərakəndə əmtəə dövriyyəsi isə 8,9% artıb.
Eyni zamanda, 2009-cu ildə dövlət büdcəsinin mədaxil proqnozu 12,177 mlrd. manata qarşı 10 325,9 mln. manat və ya 84,8% icra olunub ki, bu da 2008-ci illə müqayisədə 436,8 mln. manat və ya 4,1% azdır.
Büdcə daxilolmalarının 39,8%-i və ya 4 113,5 mln. manatı Vergilər Nazirliyi, 10,8%-i və 1 112,7 mln. manatı Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən təmin edilib, 47,6%-i və ya 4,915 mlrd. manatı Dövlət Neft Fondundan (ARDNF), 1,8%-i və ya 184,7 mln. manatı isə sair mənbələrdən daxil olub.
Vergilər Nazirliyi mədaxil proqnozunu 71,5% icra etməklə dövlət büdcəsinə 4 113,5 mln. manat vəsait təmin edib ki, bu da proqnoza nisbətən 1 636,5 mln. manat, 2008-ci illə müqayisədə isə 1 581,9 mln. manat və ya 27,8% azdır.
Bununla yanaşı, 2009-cu ildə dövlət büdcəsinə vergi orqanları vasitəsilə toplanmış vəsaitin 30,9%-i və ya 1 272,6 mln. manatı Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ), 12,5%-i və ya 513,2 mln. manatı isə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) mənfəət vergisinin payına düşüb.
Vergilər Nazirliyi tərəfindən 2009-cu ildə toplanmış ümumi vəsaitlərin 56,6%-ni və ya 2 327,7 mln. manatını qeyri-neft gəlirləri təşkil edib ki, bu da proqnoza nisbətən 742,3 mln. manat və ya 24,2% az, 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 70 mln. manat və ya 3,1% çoxdur.
Bundan başqa, 2008-ci illə müqayisədə ARDNŞ-dan dövlət büdcəsinə 1,2% və ya 15,8 mln. manat, ABƏŞ-in mənfəət vergisindən isə 76,1% və ya 1 636,2 mln. manat az vəsait daxil olub.
Ötən il ərzində DGK proqnoza 85,6% əməl edərək büdcəyə 1 112,7 mln. manat vəsait təmin edib ki, bu da proqnoza nisbətən 187,3 mln. manat az, 2008-ci illə müqayisədə isə 2,3 mln. manat və ya 0,2% çoxdur.
Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının icarəyə verilməsindən icarə haqqı şəklində büdcəyə 5 mln. manat və ya proqnoza nəzərən 6,4% çox vəsait təmin edilib.
Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları üzrə 137 mln. manat proqnoza qarşı büdcəyə 97,7 mln. manat vəsait daxil olmaqla icra 71,3% təşkil edib.
Eyni zamanda, 2009-cu ildə sair gəlirlərdən nəzərdə tutulan 70,3 mln. manata qarşı büdcəyə 82 mln. manat vəsait daxil olub ki, bu da 2008-ci illə müqayisədə 62,7% çoxdur.
ARDNF-dan 2009-cu il ərzində büdcədə nəzərdə tutulmuş 4,915 mlrd. manat vəsait tam daxil olub ki, bu da 2008-ci illə müqayisədə 1,115 mlrd. manat çoxdur.
Ötən il dövlət büdcəsinin xərcləri 12,355 mlrd. manat proqnoza qarşı 10,567 mlrd. manat və ya 85,5% icra edilib ki, bu da 2008-ci illə müqayisədə 207,2 mln. manat və ya 1,9% azdır.
Hesabat ilində sosialyönümlü tədbirlərin (elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət xərcləri) maliyyələşdirilməsinə dövlət büdcəsi xərclərinin 26,2%-i və ya 2,763 mlrd. manatı yönəldilib ki, bu da 2008-ci illə müqayisədə 450,4 mln. manat və ya 19,5% çoxdur.
Qeyd edək ki, 2008-ci illə müqayisədə 2009-cu ildə kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 108,5 mln. manat və ya 38,5%, mənzil və kommunal təsərrüfatı xərclərinə 38,8 mln. manat və ya 24,9%, sosial müdafiə və sosial təminat xərclərinə 207,9 mln. manat və ya 24,6%, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinə 115 mln. manat və ya 21,5%, təhsil xərclərinə 168,2 mln. manat və ya 17,2%, səhiyyə xərclərinə 56,2 mln. manat və ya 16,2%, ümumi dövlət xidmətləri xərclərinə 97,2 mln. manat və ya 14,7%, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərclərinə 18,1 mln. manat və ya 12,9%, iqtisadi fəaliyyətlə bağlı xərclərə 2,1 mln. manat və ya 1,5% çox vəsait yönəldilib.
Xatırladaq ki, 2009-cu ilin dövlət büdcəsi 241,1 mln. manat kəsirlə icra olunub.
Maliyyə
“PAŞA Sığorta” Vətən müharibəsi şəhidlərinin övladlarının “Məzun Günü”nə dəstək olub
Yelo Bank əməkhaqqı kartlarının sifarişi prosesini tam rəqəmsallaşdırıb
Bu günün valyuta məzənnələri
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
Xəbər Lenti
Tramp İranla bağlı razılaşmaları region liderləri ilə müzakirə edib
Gəncədə 63 yaşlı kişi qətlə yetirilib
Tramp: ABŞ və İran müharibənin başa çatdırılması ilə bağlı razılığa gəlib, sənəd həftəsonu Avropada imzalana bilər
Aralıq dənizində zəlzələ baş verib
İran ABŞ-la razılaşma mətninin hazır olması barədə məlumatları təkzib edib
Azərbaycan və Tailand arasında konsulluq məsləhətləşmələri baş tutub - FOTO
Mourinyo 2029-cu ilə qədər “Real”la müqavilə imzalayıb
Estoniyanın Azərbaycanda səfirliyi açılıb
Azərbaycan və Estoniya arasında siyasi məsləhətləşmələr baş tutub
KİV: Ukrayna Kramatorskdakı zavodları ölkənin qərbinə köçürür
Fransa Kaya Kallasın səlahiyyətlərinin artırılmasını təklif edib
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi baş tutub
“Platinum Wolf - 2026” təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib - FOTO
Tramp İrana planlaşdırılan zərbələrin ləğv edildiyini açıqlayıb
Beyləqanda qəza baş verib, 3 nəfər yaralanıb - FOTO
İran parlamentinin sədri ABŞ-a xəbərdarlıq edib
BMT Yaxın Şərqdəki eskalasiyadan narahatdır
BƏƏ və İran müharibə başlayandan bəri ilk dəfə üzbəüz görüş keçiriblər
Təbriz-Məşhəd qatarı relsdən çıxıb, xəsarət alan var
Qambiya Prezidenti Azərbaycan liderinə təbrik ünvanlayıb
CNN: Pentaqonda elan edilən həyəcan siqnalının yalan olduğu müəyyən edilib - YENİLƏNİB
Albaniya Baş naziri Edi Rama Prezident İlham Əliyevi təbrik edib
Sumqayıtda avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO
"Sabah" "Lill"in 21 yaşlı vingerini icarəyə götürüb
Almaniya ordusu Rusiyanın mümkün hücumuna hazırlaşır
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər
Ukraynalı uşaqların Azərbaycanın bölgələrinə ekskursiyası təşkil edilib
FHN əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
Dövriyyədən çıxarılmış 5 ton narkotik məhv edilib - VİDEO
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
Mətbuat Şurasında ictimai müzakirə keçirilib
ABŞ-a girişinə icazə verilməyən somalili hakim UEFA Super Kubokunun finalını idarə edəcək
Qusarın Laza kəndində sürüşmə olub - FOTO - YENİLƏNİB
AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib
Tramp: İranda elektrik stansiyaları və körpüləri vurmaq istəmirik, xalq əziyyət çəkir
Erden Timur azadlığa buraxılıb
Göygöldə 2 uşaq göldə boğularaq ölüb - YENİLƏNİB
Tramp amerikalıların İranın Xarq adasını ələ keçirməyi dəstəkləməyəcəyini bildirib
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
Ötən ay 68 şəxs Avropa ölkələrindən Azərbaycana qaytarılıb
Rus Pravoslav Kilsəsinin Tehrandakı yeganə məbədi qarət edilib
Tramp: Quru qoşunlarını göndərmək istəmirəm, yoxsa günü sabah İrana girə bilərik
Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin Klinikasında olublar
Ermənistan Azərbaycandan qaz almaq ehtimalını istisna etmir
İqtisadi Şurada Ələt Azad İqtisadi Zonası və Xidmət sektoruna dair müzakirə aparılıb
Fransa müstəmləkəçiliyinin növbəti qurbanları: Basklar və bretonlar - TƏHLİL
Azərbaycanda bu il məzun olan şagirdlərin sayı açıqlanıb
Rusiya karantin altında olan bütün məhsulların Ermənistandan idxalını məhdudlaşdırır
Hikmət Hacıyev Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
Növbəti iki gün Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ