Bank Of Baku

Azərbaycan əhalisi nağd avro ilə əməliyyatların həcmini azaldıb

Azərbaycan əhalisi nağd avro ilə əməliyyatların həcmini azaldıb
# 02 mart 2010 08:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhali tərəfindən nağd avronun satış həcmi 2010-cu ilin yanvarında 3 719 300 avro, alış həcmi isə 101 446 500 avro təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ayla müqayisədə satış həcmi 17,1%, alış həcmi isə 11,9% azalıb.

Beləliklə, yanvar ayının yekunlarına görə, əhali tərəfindən nağd avronun alışı satışın həcmini 27,4 dəfə üstələyib. Bu fakt Avrozonadan Azərbaycana pərakəndə və mütəşəkkil idxalın təmin edilməsi üçün avronun alınması həcmi, Avropaya işgüzar və fərdi səfərlər üçün avronun alınması həcmi və, nəhayət, avronun yığım valyutası kimi istifadəsi miqyasının genişləndiyini göstərir.

Eyni zamanda, 2009-cu ilin yanvar ayı ilə müqayisədə Azərbaycan əhalisi nağd avronun satışını 70% azaldıb, alışı isə 12,4% artırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR