Bank Of Baku

«AccessBank»ın kredit portfeli 300 mln. dollar həddini ötüb

«AccessBank»ın kredit portfeli 300 mln. dollar həddini ötüb
# 02 mart 2010 12:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AccessBank» QSC-nin kredit portfelinin həcmi 2010-cu ilin mart ayının 1-nə 300 mln. ABŞ dolları, müştərilərinin sayı isə 100 min nəfəri ötüb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, son bir il ərzində bankın kredit portfeli 50%, müştərilərin sayı isə 2 dəfə artıb. «Bu cür sürətli inkişaf onunla əsaslandırılır ki, 2009-cu böhran ilinin əvvəlində mövcud bazar tendensiyalarına baxmayaraq, «AccessBank» bir müştəriyə verilən kreditin maksimal həddini artıraraq 2 mln. manata çatdırıb və bununla da Azərbaycan binesi üçün etibarlı tərəfdaş olduğunu sübut edib».

Bankın baş meneceri Endrü Pospielovskinin sözlərinə görə, «AccessBank» öz fəaliyyətini heç zaman dayandırmır, xüsusilə Abşeronun hüdudlarından kənarda ölkə iqtisadiyyatının inkişafına böyük töhfə verməkdə davam edir.

Xatırladaq ki, «AccessBank» QSC 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Bankın ölkə üzrə 23 filialı, 23 bankomatı və 48 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR