Bank Of Baku

«A-Group» sığorta şirkəti müştərilərə hədiyyə sertifikatları təqdim edəcək

«A-Group» sığorta şirkəti müştərilərə hədiyyə sertifikatları təqdim edəcək
# 02 mart 2010 13:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «A-Group» sığorta şirkəti 15 illiyi münasibəti ilə müştərilərə və tərəfdaşlarına hədiyyə sertifikatları paylayacaq.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hazırkı sertifikat real ödəniş vasitəsidir və sahibinə «A-Group» sığorta şirkətinin xidmətlərindən nominalına ekvivalent məbləğində istifadə etmək hüququ verir. Hazırkı sertifikatla onun sahibi avtomobil sığortası, tibbi sığorta, əmlak sığortası və istənilən digər növlər üzrə şəhadətnamə alarkən ödəniş edə bilər. Qeyd edək ki, hədiyyə sertifikatının dəyəri 50 manat təşkil edir.

Xatırladaq ki, təsisçisi bir yerli fiziki şəxs olan «A-Group» sığorta şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 1,550 mln. manat təşkil edir. Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 7,411 mln. manat, sığorta ödənişləri isə 5,102 mln. manat olub. Hazırda «A-Group» sığorta şirkəti 14 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR