Bank Of Baku

«Bank Standard» QSC «T24» proqram təminatının tətbiqini yekunlaşdırıb - FOTOSESSİYA

«Bank Standard» QSC «T24» proqram təminatının tətbiqini yekunlaşdırıb - <font color=red>FOTOSESSİYA</font>
# 01 aprel 2010 09:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» QSC İsveçrənin «Temenos» şirkətinin istehsal etdiyi «T24» bank proqram təminatının tətbiqini tam başa çatdırıb. Bununla bağlı bu gün bankın baş ofisində «Bank Standard»ın İdarə Heyətinin sədr müavinləri Cavid Quliyev və Samir Rzayev, həmçinin «Temenos» şirkətinin nümayəndələri mətbuat konfransı keçiriblər.

C.Quliyevin sözlərinə görə, 2008-ci ildə «Bank Standard» «T24» proqram təminatını özünün «Arena» filialında tətbiq etməklə Azərbaycan bank sektorunda bu proqramın ilk istifadəçisi olub. Həmin tarixədək bankda istifadə edilən «RS Bank 5.1» sistemini əvəz edən yeni proqram təminatı bütün bank əməliyyatlarının avtomatlaşdırılmasını təmin etməklə yanaşı, yeni məhsul və xidmətlərin çevik və səmərəli tətbiqi üçün güclü zəmin yaradıb.

S.Rzayev isə öz növbəsində bütün bank əməliiyatları, ocümlədən valyuta mübadiləsi, kredit və depozitlər, banklararası valyuta bazarı, «Nostro» hesablarının tənzimlənməsi, akkreditiv və zəmanət əməliyyatları, qiymətli kağızlar, aktivlərin idarə olunması, kassa-hesablaşma əməliiyatlarının bu sistemə keçirildiyini və və geniş çeşidli moddulların daxil edildiyini bildirib.

S.Rzayevin sözlərinə görə, postsovet maliyyə bazarlarının xüsusiyyətlərinə uyğunlaşdırılmış «T24» proqramı bank əməliyyatlarının həyata keçirilməsi üçün yüksək səviyyədə təhlükəsiz mühit yaradır və biznes proseslərini dünya səviyyəsinə çıxarmağa imkan verir.

Qeyd edək ki, «Temenos Group AG» bank biznesinin bütün istiqamətləri üçün bank proqram təminatının qlobal təchizatçısıdır. Əsası 1993-cü ildə qoyulan şirkətin səhmləri İsveçrə Fond Birjasında dövriyyədədir. Baş ofisi Cenevrə şəhərində yerləşən şirkətin dünyanın müxtəlif ölkələrində 58 nümayəndəliyi, 125 ölkədə 1 200 müştərisi mövcuddur. Şirkət hər il gəlirinin 20%-ni vahid, tam yenilənmiş proqram təminatının işlənib hazılanması və inkişaf etdirilməsinə yönəldir.

«AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 17 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR