Bank Of Baku

Azərbaycanın gəlirlər üzrə mənfi saldosu ötən il 2 dəfə azalıb

Azərbaycanın gəlirlər üzrə mənfi saldosu ötən il 2 dəfə azalıb
# 01 aprel 2010 10:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2009-cu il üzrə tədiyə balansında əks etdirilən gəlirlər üzrə daxilolmalar və ödənişlərin ümumi dövriyyəsi 4 622 mln. ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bunun 4 070,6 mln. dolları və ya 88,1%-i Azərbaycandan aparılan ödənişlərin payına düşüb.

Azərbaycandan həyata keçirilən ödənişlərin əsas hissəsini (3 152,6 mln. dollar) beynəlxalq neft-qaz konsorsiumlarının xarici investorlarının payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft və qaz şəklində), qeyri-rezidentlərə ödənilmiş əmək haqları (115,7 mln. dollar) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (284,3 mln. dollar) təşkil edib.

Gəlirlərlə bağlı ölkəyə daxil olmuş vəsait 2009-cu ildə 551,4 mln. dollar olub. Bunun əsas hissəsi Dövlət Neft Fondu və Mərkəzi Bankın xətti ilə daxil olan vəsaitlərin payına düşür. Belə ki, 380,5 mln. dolları Dövlət Neft Fondunun vəsaitləri, 47,3 mln. dolları Mərkəzi Bankın sərəncamında olan xarici valyuta ehtiyatları, 10,2 mln. dolları isə bankların xaricdə yerləşdirilmiş aktivlərinə hesablanmış faizlər təşkil edib.

Beləliklə, 2009-cu il ərzində gəlirlər üzrə tədiyə balansında 3 519,2 mln. dollar məbləğində mənfi saldo yaranıb ki, bu da əvvəlki illə müqayisədə 34% azdır. Qeyd edək ki, ümumilikdə, gəlirlər üzrə daxilolmalar və ödənişlərin ümumi dövriyyəsi üzrə 28%, Azərbaycandan olan ödənişlər üzrə 30,5%, Azərbaycana daxil olunmuş ödənişlər üzrə isə 7,4%-lik azalma müşahidə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR