Bank Of Baku

Vyanada MDB və Şərqi Avropa ölkələrinin iqtisadi forumu keçiriləcək

Vyanada MDB və Şərqi Avropa ölkələrinin iqtisadi forumu keçiriləcək
# 01 aprel 2010 11:29 (UTC +04:00)
Moskva. Roman Ağayev – APA. Bu ilin aprel ayının 28-30-da Avstriyada MDB və Şərqi Avropa ölkələrinin “İnnovasiya və investisiyalar: Birlik ölkələrinin iqtisadiyyatının inkişafında maliyyə institutlarının rolu” mövzusunda IV Vyana İqtisadi Forumu keçiriləcək.

Bu barədə APA-nın Moskva müxbirinə forumun mətbuat katibi Yelena Korotkova məlumat verib.

Onun sözlərinə görə, forum MDB Maliyyə-Bank Şurası tərəfindən və MDB İcraiyyə Komitəsinin dəstəyi ilə keçirilir. Tədbirdə beynəlxalq maliyyə təşkilatlarının, kommersiya banklarının, investisiya fondlarının, MDB və Avropa ittifaqının qanunverici və icraedici orqanlarının nümayəndələri, elm, sənaye və biznesin təmsilçiləri iştirak edəcək. Azərbaycan Beynəlxalq Bankının prezidenti Cahangir Hacıyev də tədbirdə dəvət olunan qonaqlar sırasındadır.

Forumda əsas diqqət Avropa Komissiyasının Rusiyanın modernləşdirilməsi üçün hazırladığı “Modernləşmə üçün tərəfdaşlıq” proqramına yönəldiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR