Bank Of Baku

Moskvada MDB ölkələri Maliyyə Nazirləri Müşavirəsinin iclası keçirilib

Moskvada MDB ölkələri Maliyyə Nazirləri Müşavirəsinin iclası keçirilib
# 01 aprel 2010 13:23 (UTC +04:00)
Moskva. Roman Ağayev – APA. Azərbaycanın maliyyə naziri Samir Şərifov MDB üzvü olan ölkələrin Maliyyə Nazirləri Müşavirəsinin Moskvada keçirilən dördüncü iclasında iştirak edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, iclasa MDB ölkələrinin iqtisadiyyat nazirləri və Mərkəzi Bank rəhbərləri də qatılıblar.

Rusiyanın maliyyə naziri Aleksey Kudrin həmkarlarını ticarət-maliyyə sahəsində qarşılıqlı əməkdaşlığı və maliyyə dəstəyini gücləndirməyə çağırıb. Onun sözlərinə görə, 2009-cu ildə MDB ölkələrində ümumi daxili məhsulun görünməmiş azalması qeydə alınıb: “ÜDM orta hesabla 7,5%, ixrac 46%, idxal isə 43,5% azalıb. Bununla belə, MDB ölkələrinin iqtisadiyyatlarının böhrana reaksiyası birmənalı olmayıb. Rusiya, Ukrayna, Moldova və Ermənistan iqtisadiyyatlarının həcmi daha çox azalsa da, Azərbaycan, Tacikistan və Özbəkistanda artım qeydə alınıb”.

İclasda MDB ölkələrinin milli iqtisadiyyatlarının vəziyyəti, maliyyə sistemlərinin sabitləşdirilməsi və qlobal iqtisadi böhranın nəticələrinin aradan qaldırılması üzrə birgə tədbirlər planının yerinə yetirilməsi məsələləri müzakirə olunub. Plan ötən ilin oktyabrında MDB dövlət başçılarının Kişinyov sammitində bəyənilib və noyabrda hökumət başçılarının Yalta görüşündə təsdiqlənib.

İclasın yekununda MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib ki, MDB üzvü olan ölkələrin Maliyyə Nazirləri Müşavirəsinin növbəti iclası 2010-cu ilin sonu-2011-ci ilin əvvəlində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR