Bank Of Baku

«Rabitəbank» xaricdən yeni kredit cəlb edib

«Rabitəbank» xaricdən yeni kredit cəlb edib
# 01 aprel 2010 13:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. ABŞ-ın «WorldBusiness Capital Inc.» (WBC) İnvestisiya Fondu tərəfindən Azərbaycanın «Rabitəbank» ASC-yə 5 mln. dollarlıq kredit xəttinin açılmasına dair tərəflər arasında müqavilə imzalanıb.

Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, müqavilə ABŞ-ın dövlət agentliyi olan Xarici Özəl Sərmayələr Korporasiyası (Oversees Private İnvestment Corporation – OPIC) tərəfindən təsdiqlənib. Müqaviləyə əsasən, 10 il müddətinə cəlb olunan vəsaitlər Azərbaycanda kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə sərf olunacaq.

Qeyd edə ki, bu, «Rabitəbank»la WBC və OPIC arasında bağlanan artıq ikinci kredit müqaviləsidir. Xatırladaq ki, 2008-ci ildə bağlanmış ilk kredit müqaviləsi ilə birlikdə, WBC investisiya fondundan cəlb olunmuş vəsaitin ümumi həcmi 10 mln. dollar təşkil edəcək. Bu müqavilə çərçivəsində cəlb olunacaq uzunmüddətli vəsaitlər bankın resurs bazasını diversifikasiya edərək, müştərilərin yeni kiçik və orta biznes layihələrinin maliyyələşdirilməsi üçün əlavə imkanlar yaradacaq.

«Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Bankın Bakıda 6 filialı, regionlarda 15 filial və şöbəsi olmaqla, ümumilikdə 21 filial və şöbəsi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR