Bank Of Baku

Küveyt-Azərbaycan İnvestisiya Şirkəti bu il layihələrinin maliyyələşdirilməsinə başlayacaq

Küveyt-Azərbaycan İnvestisiya Şirkəti bu il layihələrinin maliyyələşdirilməsinə başlayacaq
# 02 aprel 2010 07:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə Küveyt Maliyyə Evinin törəmə şirkəti olan «Turkapital» arasında birgə yaradılan Küveyt-Azərbaycan İnvestisiya Şirkəti investisiya layihələrinin maliyyələşdirilməsinə başlayacaq. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan İqstiadi İnkişaf Nazirliyinin 2009-cu ilin yekunlarına dair hazırladığı hesabatda bildirilir.

Hazırda Küveyt-Azərbaycan İnvestisiya Şirkəti bir neçə layihənin təhlilini aparır və 2010-cu ildə investisiya qoyuluşlarına başlayacaq.

Yaradılan fondun məqsədi Azərbaycanda fəaliyyət göstərən və ya yeni təsis edilən kommersiya təşkilatlarının nizamnamə kapitalına şəriət prinsipləri əsasında investisiya qoyuluşu və digər maliyyə əməliyyatlarının aparılmasıdır.

Qeyd edək ki, Küveyt-Azərbaycan İnvestisiya Şirkəti 2009-cu ilin martın 30-da təsis edilib və həmin ilin iyunun 5-də fəaliyyətə başlayıb. İlkin mərhələdə şirkətin nizamnamə kapitalı 500 min ABŞ dolları, o cümlədən «Turkapital»ın payı 75%, AİŞ-in - 25% təşkil edir. Şirkətin nizamnamə kapitalının yaxın 2 il ərzində tədricən 20 mln. dollaradək artırılması nəzərdə tutulur. Nizamnamə kapitalının artırılması qeyd olunan faiz nisbətlərinə uyğun olaraq aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR