Bank Of Baku

Anatoli Çubays ötən il günə 18367 dollar qazanıb

Anatoli Çubays ötən il günə 18367 dollar qazanıb
# 02 aprel 2010 07:42 (UTC +04:00)
Bakı – APA-Economics. Rusiyanın “Rosnano” Dövlət Korporasiyasının baş direktoru Anatoli Çubaysın gəlirləri 2009-cu ildə 202,68 mln. rubl (6 mln. 756 min dollar) və ya günə 555 min rubl (18367 dollar) təşkil edib.

APA-Economics”in məlumatına görə, bu barədə şirkətin yaydığı press-relizdə bildirilir.

A.Çubays özünün əsas iş yerində ötən il 13,2 mln. rubl (440 min dollar) qazanıb. Onun həyat yoldaşı Mariya Vişnevskayanın gəlir bəyannaməsində qazancı 22 mln. rubl (733 min dollar) göstərilib. Bundan başqa, A.Çubaysın Moskvada 175,8 kv. metr sahəsi olan mənzili və 30,6 kv. metrlik iki maşın saxlama yeri var. Çubays-Vişnevskaya cütlüyünə Moskva vilayətində 1,4656 hektarlıq torpaq sahəsi və onun üzərindəki 2012,86 kv. metrlik tikililər də məxsusdur.

Qeyd edək ki, Rusiya prezidenti Dmitri Medvedev 2009-cu ildə imzaladığı fərmanla dövlət korporasiyalarından öz top-menecerlərinin gəlirləri haqda informasiyaları açıqlamağı tələb edib. Bu tələb adətən məmurların təşkil etdiyi Müşahidə Şurasının üzvlərinə şamil edilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR