Bank Of Baku

«Bank Nikoil» internet bankinq xidmətlərinə başlayıb

«Bank Nikoil» internet bankinq xidmətlərinə başlayıb
# 02 aprel 2010 08:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Bank Nikoil» Səhmdar Kommersiya Bankı plastik kart sahibi olan müştəriləri üçün internet bankinq xidmətini istifadəyə verib.

Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu xidmətin köməyi ilə müştərilər plastik kart və cari hesabların idarə olunması ilə bağlı imkanlar əldə edir. O cümlədən, plastik kart hesabının və cari hesabın balansını yoxlamaq, istənilən müddət ərzində hesabatı tərtib etmək, kommunal xidmətləri, beynəlxalq telefon danışıqlarını, mobil rabitə üzrə abonent haqqını, internet xidmətlərini ödəmək və kart hesabları arasında köçürmələri həyata keçirmək mümkün olacaq.

İnternet bankinq xidmətinin istifadəçisi olmaq üçün bankın müştərisi olan plastik kart sahibləri xidmətə qoşulmaq üçün müvafiq sifarişlə banka müraciət etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR