Bank Of Baku

Bakı Metropoliteni sərnişindaşımanın maya dəyərini yenidən hesablayır

Bakı Metropoliteni sərnişindaşımanın maya dəyərini yenidən hesablayır
# 02 aprel 2010 10:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprel ayının 10-dək Bakı Metropoliteni bir sərnişinin daşınmasının maya dəyəri ilə bağlı hesablamalarını Azərbaycan Tarif Şurasına təqdim edəcək. «APA-Economics»in məlumatına görə, bunu Metropolitenin rəisi Tağı Əhmədov bildirib.

Onun sözlərinə görə, 2009-cu ilin oktyabr ayında Bakı Metropolitenində bir keçidin maya dəyəri 49,1 qəpik təşkil edib ki, nəticədə, metrodan 1 dəfə yararlanma qiyməti 5 qəpikdən 15 qəpiyə qaldırılıb: «Buna baxmayaraq, Bakı Metropolitenində keçidin qiyməti dünyada ən ucuz sayılır. Biz hər rübün sonunda Tarif Şurasına metrodan istifadənin maya dəyrini təqdim edirik ki, aprelin sonunadək yeni rəqəm Tarif Şurasına bildiriləcək. Tarif Şurası nə qərar verərsə, biz onu icra edəcəyik».

T.Əhmədov onu da bildirib ki, metroda qiymətin 3 dəfə artması nəticəsində bu nəqliyyat vasitəsindən istifadə edən sərnişinlərin sayı 20% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR