Bank Of Baku

Martda BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi 33% azalıb

Martda BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi 33% azalıb
# 02 aprel 2010 11:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mart ayında Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən 34 ticarət sessiyasında 27 alqı-satqı əqdi qeydə alınıb. Ümumilikdə, bu əməliyyatlarda 10 bank təşkilatı iştirak edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında valyuta bölməsində keçirilən elektron əməliyyatlarının həcmi 32,891 mln. manat və ya dollar ekvivalentində 40,942 mln. təşkil edib. Bu isə fevral ayı ilə müqayisədə 16,2 mln. manat və ya 33% azdır.

Hesabat ayında həmçinin, Birja Elektron Ticarət Sistemində (BEST) USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 2,408 mln. dollara çatıb, halbuki hər əqdin orta həcmi 1,516 mln. dollar təşkil edib.

Ümumilikdə, 2010-cu ilin yanvar-mart ayları ərzində xarici valyutalar üzrə elektron ticarətin həcmi BBVB-də 145,818 mln. manat təşkil edib.

Eyni zamanda, mart ayında BBVB-nin valyuta bölməsində keçirilən hərraclar üzrə qabaqcıl bankların beşliyi müəyyənləşdirilib. Hərracların ümumi həcmində ən yüksək paya «Azərbaycan Sənaye Bankı» (51,78%), «Unibank» (17,10%), «AGBank» (16,85%), «Bank of Baku» (10,38%) və «Paşa Bank» (1,51%) malik olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR