Bank Of Baku

Ötən ay Azərbaycanda dolların birja məzənnəsi sabit qalıb

Ötən ay Azərbaycanda dolların birja məzənnəsi sabit qalıb
# 02 aprel 2010 12:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mart ayı üzrə Bakı Banklararası Valyuta Birjasında (BBVB) USD/AZN_TOD aləti üzrə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi dəyişməz qalıb.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında ABŞ dollarının məzənnəsi 0,8035 AZN səviyyəsində qalıb. Nəticədə, milli valyutanın dollara qarşı nisbi ortaölçülü birja məzənnəsi mart ayında 0,8034 AZN-ə bərabər olub. Halbuki, fevral ayında bu göstərici 0,8030 AZN təşkil edib.

Xatırladaq ki, bu ilin mart ayında BBVB-nin valyuta bölməsində keçirilən 34 ticarət sessiyasında 10 bankın iştirakı ilə 32,891 mln. manat və ya 40,942 mln. dollar həcmində 27 alqı-satqı əqdi qeydə alınıb. Bu isə fevral ayı ilə müqayisədə 33% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR