Bank Of Baku

«Parabank» bu il 5 yeni filial açacaq

«Parabank» bu il 5 yeni filial açacaq
# 02 aprel 2010 12:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC 2010-cu il ərzində Bərdə, Şirvan, Şəki, Lənkəran və Lökbatanda filiallar açmağı planlaşdırır. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bununla da bankın filiallarının ümumi sayı 20-yə çatacaq.

Yeni filiallarda fiziki və hüquqi şəxslərə geniş çeşiddə maliyyə xidmətləri, o cümlədən hesablaşma-kassa xidmətləri, depozit və kredit əməliyyatları, «Visa» plastik kartları, mobil rabitə operatorlarının xidmətlərinin ödənilməsi, sürətli pul köçürmələri («Western Union», «Contact», «Migom», «Privat Money», «Bıstraya poçta», «Caspian Money Transfer», «Azia Express», «Allyur», «Zolotaya Korona») və digər bank xidmətləri göstəriləcək.

Qeyd edək ki, hazırda bankın regionda 7, Bakıda isə 8 filialı fəaliyyət göstərir.

Təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 88,571 mln. manat, depozit portfeli 56,428 mln. manat, kredit portfeli 59,222 mln. manat, məcmu kapitalı 11,535 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,070 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR