Bank Of Baku

Azərbaycanın «Paşa Sığorta» şirkəti xidməti avtoparkın sığortalanması ilə bağlı tender keçirir

Azərbaycanın «Paşa Sığorta» şirkəti xidməti avtoparkın sığortalanması ilə bağlı tender keçirir
# 02 aprel 2010 13:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Sığorta» ASC 12 avtomobili sayında xidməti avtoparkı üçün sığortaçının müəyyən edilməsi və təyin olunması məqsədi ilə qiymət təklifi üzrə müsabiqə elan edib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, müsabiqədə avtomobillərin tam sığortası üzrə Maliyyə Nazirlyinin icazəsinə və Azərbaycanın avtosığorta bazarında müvafiq iş təcrübəsinə malik sığorta şirkətləri iştirak edə bilər.

Müsabiqədə iştirak etmək istəyən iddiaçılar bu ilin aprel ayının 20-dək qiymət təkliflərini şirkətin inzibati binasına təqdim etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR