Bank Of Baku

«BE&G» sığorta nizamnamə kapitalını artırır

«BE&G» sığorta nizamnamə kapitalını artırır
# 05 aprel 2010 07:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «BE&G» («Benefit & Guaranty) sığorta şirkətinin səhmdarları nizamnamə kapitalının iki dəfə artırılması ilə bağlı qərar qəbul edib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, mövcud səhmdarların hesabına artrılacaq nizamnamə kapitalının 2 mln. manata çatdırılması nəzərdə tutulub. Şiktərdən bildirilib ki, 1 mln. manatlıq əlavə səhm emissiyasının yerləşdirilməsi prosesi bu ilin iyun ayınadək başa çatdırılacaq.

Xatırladaq ki, təsisçisi iki yerli fiziki şəxs olan «BE&G» sığorta şirkəti 1998-ci ildə «Naxçıvan» sığorta şirkəti kimi fəaliyyətə başlayıb. Lakin 2001-ci ildə şirkətin brendi dəyişdirilib. Hazırda şirkət 23 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.

Şirkətin 2009-cu il ərzində topladığı sığorta haqlarının həcmi 1,110 mln. manat, ödənişləri isə 0,845 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR