Bank Of Baku

«EraTrans» daha bir sığorta növü üzrə lisenziya almağa hazırlaşır

«EraTrans» daha bir sığorta növü üzrə lisenziya almağa hazırlaşır
# 05 aprel 2010 08:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «EraTrans» sığorta şirkəti «Tibbi sığorta» növü üzrə lizsenziyanın alınması üçün Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinə müraciət edib. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin Maliyyə Departamentinin direktoru Qüdrət Abdullayev bildirib.

Q.Abdullayevin sözlərinə görə, müraciət olunmuş sığorta növü üzrə lisenziya verildikdən sonra şirkətin təklif etdiyi könüllü sığorta növlərinin sayı 25-ə çatacaq. Hazırda Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən şirkətin maliyyə göstəriciləri, nizamnamədə aparılacaq dəyişikliklər və digər sənədlər müzakirə edilir.

Qeyd edək ki, «EraTrans» sığorta şirkəti 1994-cü ildən fəaliyyət göstərir. Hazırda şirkət 24 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir. Şirkətin 1 filialı (Sumqayıt) və 4 nümayəndəliyi (Şirvan, Göyçay, Yevlax, Ağdaş) mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR