Bank Of Baku

Azərbaycan Kredit İttifaqları Assosiasiyası genişlənir

Azərbaycan Kredit İttifaqları Assosiasiyası genişlənir
# 05 aprel 2010 08:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin aprel ayı ərzində Azərbaycan Kredit İttifaqları Assosiasiyasına (AKİA) daha üzvün - «Girdiman» (Ağsu) və «İsmayıl» (Masallı) kredit ittifaqları qəbul olunacaq. Bununla da AKİA-ya üzv olan ittifaqların ümumi sayı 59-a çatacaq. Bunu «APA-Economics»ə açıqlamasında AKİA-nın İdarə Heyətinin sədri Elçin Bağırov bildirib.

E.Bağırovun sözlərinə görə, yeni üzvlərin qəbulu ilə bağlı apreldə AKİA-nın İdarə Heyətinin növbəti iclası keçiriləcək. İclasda hər iki kredit ittifaqının maliyyə vəziyyəti və quruma üzvlüklə bağlı müvafiq sənədləri müzakirə ediləcək.

Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycandakı 79 kredit ittifaqından 57-si qurumun üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR