Bank Of Baku

«AccessBank»ın məcmu kredit portfelinin həcmi 1 mlrd. dolları ötüb

«AccessBank»ın məcmu kredit portfelinin həcmi 1 mlrd. dolları ötüb
# 05 aprel 2010 09:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AccessBank» QSC 7 illik fəaliyyəti ərzində 1 mlrd. ABŞ dollarından artıq 300 min kredit verib. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, 2002-ci ildə fəaliyyətə başladığı gündən bank 175 mindən artıq müştəriyə 300 min kredit verib. Bu məbləğin 90%-dən artıq hissəsi biznesin genişləndirilməsi məqsədi ilə ayrılıb. Bank tərəfindən verilən biznes kreditlərinin 1/3 hissəsi aqrokreditlərin payına düşür.

Bankın İdarə Heyətinin sədri Endrü Pospielovskinin sözlərinə görə, bank davamlı olaraq Azərbaycanda, xüsusən də ölkənin bölgələrində biznesin inkişafına dəstək göstərir: «Bankdan alınmış kreditlər sayəsində on minlərlə yerli biznes inkişaf edir, yeni iş yerləri açılır və əhalinin ümumi gəlirləri artır».

Xatırladaq ki, «AccessBank» QSC 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Bankın ölkə üzrə 23 filialı, 23 bankomatı və 48 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR