Bank Of Baku

Azərbaycanda birja valyuta bazarının həftəlik dövriyyəsi 2 dəfə artıb

Azərbaycanda birja valyuta bazarının həftəlik dövriyyəsi 2 dəfə artıb
# 05 aprel 2010 10:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda ABŞ dolları üzrə birja valyuta bazarının dövriyyəsi ötən həftə (martın 29-dan aprelin 2-dək) 16,055 mln. dollar təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 97% çoxdur. Bu müddət üzrə dolların orta birja məzənnəsi isə 0,8034 manata bərabər olub.

«APA-Economics»in məlumatına görə, ötən həftə ərzində birja dövriyyəsinin gündəlik göstəriciləri aşağıdakı kimi olub:




Müddətin yekunlarına görə, dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət əməliyyatlarının nəticəsi üzrə orta göstərici) 0,01% artaraq 0,8035 manat təşkil edib. Dolların rəsmi məzənnəsi də 0,01% artıb və 0,8034 manata bərabər olub:




Göründüyü kimi, ötən həftə ərzində dolların birja və rəsmi məzənnələri tam oxşar dinamika nümayiş etdirib.

Avronun rəsmi məzənnəsi isə 0,95% artaraq həftənin son gününə 1,0900 manat təşkil edib:


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR