Bank Of Baku

Bu ilin ilk rübündə Rusiyadan xalis kapital axını 13 mlrd. dollar olub

Bu ilin ilk rübündə Rusiyadan xalis kapital axını 13 mlrd. dollar olub
# 05 aprel 2010 13:08 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin ilk rübündə Rusiyadan xalis kapital axını 12,9 mlrd. dollar təşkil edib.

APA-Economics”in Rusiya Mərkəzi Bankına istinadən məlumatına görə, bu, 2009-cu ilin analoji göstəricisindən üç dəfə azdır.

Ümumiyyətlə, 2009-cu ildə Rusiyadan xalis kapital axını 56,9 mlrd. dollar təşkil edib. Kapital axını investorların Rusiya iqtisadiyyatına kapital qoymaqdan çəkindiyini göstərir. Rusiya Statistika Komitəsinin məlumatına görə, 2009-cu ildə Rusiya iqtisadiyyatına birbaşa investisiyaların həcmi 41% azalaraq 15,9 mlrd. dollara enib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR