Bank Of Baku

Beynəlxalq Valyuta Fondu dünya iqtisadiyyatı üzrə proqnozunu artırıb

Beynəlxalq Valyuta Fondu dünya iqtisadiyyatı üzrə proqnozunu artırıb
# 05 aprel 2010 14:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünya iqtisadiyyatının 2010-cu ildə artım tempi 4,1%-ə bərabər olacaq. «APA-Economics»in İtaliyanın «ANSA» agentliyinə istinadən xəbər verdiyi kimi, bu göstərici Beynəlxalq Valyuta Fondunun (BVF) ekspertləri tərəfindən proqnozlaşdırılır. Xatırladaq ki, Fondun əvvəlki proqnozunda dünya iqtisadiyyatının 3,9% artacağı deyilirdi.

BVF-nin proqnozuna görə, cari ildə ABŞ-da ÜDM 3%, Avrozonada isə 0,8% artacaq. Avrozonada artım tempinin aşağı səviyyədə olmasını Fondun mütəxəssisləri bir sıra daxili amillərlə izah edirlər ki, bunların sırasında Yunanıstanda müşahidə olunan problemlər də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR