Bank Of Baku

«CredAgro»nun rəsmi veb-saytı yenilənib

«CredAgro»nun rəsmi veb-saytı yenilənib
# 05 aprel 2010 14:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «CredAgro» qeyri-bank kredit təşkilatı rəsmi internet saytını yeni tərtibatda təqdim edib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, saytda şirkətin yaranma tarixi, strategiyası, səhmdarları, həmçinin fəaliyyət sahəsi, xidmətlər, filial və nümayəndəliklər haqqında geniş məlumatlar yerləşdirilib.

Qeyd edək ki, yeni sayt vasitəsi ilə istənilən müştəri on-line kredit də sifariş verə bilər.

Xatırladaq ki, təsisçisi ABŞ-ın ACDİ/VOCA təşkilatı olan «CredAgro» Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə təşkilatın kredit portfelinin həcmi 35,520 mln. manat, müştərilərinin sayı isə 20145 nəfər təşkil edib.

Ölkə üzrə 14 filialı və 8 köməkçi ofisi olan «CredAgro» kreditləri illik 25-36% dərəcəsi ilə ayırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR