Bank Of Baku

«MBASK» sığorta şirkəti ISO 9001:2008 standartının yenilənmiş variantina keçib

«MBASK» sığorta şirkəti ISO 9001:2008 standartının yenilənmiş variantina keçib
# 06 aprel 2010 07:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «MBASK» sığorta şirkəti ISO 9001:2008 standartının yenilənmiş variantina keçib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Moody İnternational» şirkətinin mütəxəssisləri «MBASK» sığorta şirkətinin keyfiyyətin menecmenti sisteminin, onu ISO 9001:2008 standartının yenilənmiş variantına keçirərək şirkətin beynəlxalq standartların tələblərinə müvafiq olduğunu təsdiq edib.

Şirkətin İdarə Heyəti sədrinin birinci müavini Rəşad Abbasovun sözlərinə görə, «MBASK» üçün ISO sistemi şirkətdə real şəkildə işləyən keyfiyyətin idarə olunması, həmçinin sığorta xidmətlərinin yüksək keyfiyyətini təsdiq edən və şirkətin biznes-proseslərinin səmərəli idarə olunmasına şəhadət edən beynəlxalq standartlara müvafiqliyin zəmanətidir. «Biz qarşımıza şirkətin biznes-proseslərinin daim təkmilləşdirilməsi vəzifəsini qoymuşuq və keyfiyyətin menecmenti sistemi bu vəzifənin yerinə yetirilməsində mühüm rol oynayır», - deyə R.Abbasov qeyd edib.

Xatırladaq ki, daim təkmilləşdirilən keyfiyyətin menecmenti sistemi artıq 2004-cü ilin sonunda və 2007-ci ilin sonunda keçirilmiş sertifikasiya auditlərinin gedişində şirkətin sığorta edilmə sahəsində keyfiyyətli xidmətlər göstərmək qabiliyyətinə malik olmasına obyektiv sübutlar əldə edib.

«MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (30%) və fiziki şəxslər çıxış edir. Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 7,556 mln. manat, ödənişləri isə 5,294 mln. manat olub. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR