Bank Of Baku

Azərbaycanda bank əmanətlərinin həcmi son bir ildə 34% artıb

Azərbaycanda bank əmanətlərinin həcmi son bir ildə 34% artıb
# 06 aprel 2010 08:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında yerləşdirilmiş əmanətlərin ümumi həcmi 2010-cu ilin mart ayının 1-nə 2 422,8 mln. manata bərabər olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 609,4 mln. manat və ya 33,6% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəli ilə müqayisədə bank əmanətlərinin həcmi 87,9 mln. manat və ya 3,8% artıb.

Beləliklə, Azərbaycanda əhali tərəfindən banklara olan etibarlılığın səviyyəsinin artımı davam edir.

Xatırladaq ki, 2009-cu il ərzində əmanətlərin həcmi 22,7% artıb, halbuki ilin ilk üç ayı ərzində 6,9%-lik azalma baş verib. Lakin ilin sonrakı dövründə tendensiyanın dəyişməsi nəticəsində yekunda artım müşahidə olunub. Qeyd edək ki, ötən ilin aprel ayının 1-dən 2010-cu ilin martın 1-dək əmanətlər üzrə davamlı artım müşahidə olunur. Məcmu olaraq bu müddət ərzində artımın səviyyəsi 36,7% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR