Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı kotirovka sorğuları keçirir

Azərbaycan Mərkəzi Bankı kotirovka sorğuları keçirir
# 06 aprel 2010 08:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) bir neçə kotirovka sorğusu elan edib. AMB-dən «APA-Economics»ə verilən məlumata görə, sorğularda AMB-nin 2010-cu il üçün rüblük pul siyasəti və rüblük maliyyə sabitliyi icmallarının çap edilməsi, AMB-nin inzibati, 2 saylı xəzinə, Sumqayıt EM və ərazi idarələrinin binalarının elektrik avadanlıqlarına servis xidməti göstərilməsi, AMB-nin inzibati və 2 saylı xəzinə binalarının avtomatik telefon stansiyalarına servis xidmətinin göstərilməsi, həmçinin AMB-nin inzibati, 2 saylı xəzinə, Sumqayıt EM binalarının kondisionerlərinə servis xidmətinin göstərilməsi, AMB-nin Gəncə və Şəki ərazi idarələrinin inzibati binalarında mühafizə və yanğına qarşı siqnalizasiya avadanlıqlarının alınması və quraşdırılması qeyd olunub.

Sorğularda iştirak etmək istəyənlər müvafiq sənədləri bu ilin aprel ayının 15-dək AMB-nin inzibati binasına təqdim edə bilər. Zərflər isə aprelin 16-da AMB-nin inzibati binasında açılacaq.

Sorğuda birinci, ikinci və üçüncü lotlar üzrə iştirak haqqı 50 manat, dördüncü və beşinci lotlar üzrə 30 manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR