Bank Of Baku

Azərbaycanda bank aktivlərinin azalması davam edir

Azərbaycanda bank aktivlərinin azalması davam edir
# 06 aprel 2010 12:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının aktivlərinin həcmi 2010-cu ilin mart ayının 1-nə 11 568,1 mln. manata bərabər olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 089 mln. manat və ya 22% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlinə nisbətən isə bank aktivlərinin həcmi 97,1 mln. manat və ya 0,8% azalıb. Belə ki, yanvarda azalma 77,8 mln. manat, fevralda 19,3 mln. manat təşkil edib.

Beləliklə, 2010-cu ilin ilk iki ayı ərzində Azərbaycandakı bankların əsas göstəricisi olan aktivlər üzrə azalma tendensiyası formalaşıb.

Xatırladaq ki, ötən ilin yekunlarına görə, aktivlərin həcmi 13,6% artıb, halbuki ilin ilk üç ayı ərzində kəskin (14,2% səviyyəsində) və davamlı azalma baş verib. Lakin əgər ötən il bunun əsas səbəbi kimi dünya maliyyə böhranı göstərilirdisə, bu il bank aktivlərinin azalmasının səbəbləri tam aydın deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR