Bank Of Baku

Azərbaycan bank sistemində məcmu kapitalın artımı bərpa olunub

Azərbaycan bank sistemində məcmu kapitalın artımı bərpa olunub
# 06 aprel 2010 13:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu kapitalının həcmi 2010-cu ilin mart ayının 1-nə 1 758,4 mln. manata bərabər olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 190,6 mln. manat və ya 12,2% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəli ilə müqayisədə bankların məcmu kapitalının həcmi 0,5 mln. manat və ya 0,02% azalıb.

Ümumilikdə, Azərbaycan banklarının məcmu kapitalının dinamikasında artım bərpa edilib. Belə ki, cari ilin yanvarında bu göstərici 12,8 mln. manat azalıb, fevralda isə 12,3 mln. manat artıb.

Xatırladaq ki, ötən ilin yekunlarına görə, məcmu bank kapitalının həcmi 17,9% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR