Bank Of Baku

İran və Azərbaycan arasında gömrük sahəsində əməkdaşlıq memorandumu imzalanıb

İran və Azərbaycan arasında gömrük sahəsində əməkdaşlıq memorandumu imzalanıb
# 06 aprel 2010 13:30 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İran və Azərbaycan arasında gömrük sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.

APA-nın “İRNA”ya istinadən verdiyi məlumata görə, sənədi bu gün Tehranda İran gömrüyünün rəhbəri Ərdəşir Məhəmmədi və Azərbaycan Dövlət Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayev imzalayıb.

İmzalanma mərasimindən sonra keçirilən brifinqdə çıxış edən Ə.Məhəmmədi bildirib ki, hazırda İran və Azərbaycanın gömrük sahəsində əməkdaşlıq yüksək səviyyədədir: “Bizim Azərbaycanla olan müştərək sərhədlərimiz lazımı qaydada iki ölkə tərəfindən qorunur. Ticarət dövriyyəsi illik 500 milyon dollar təşkil edir. Eləcə də il ərzində 11 milyon vətəndaş iki ölkənin gömrüyündən istifadə edir”.

Ə.Məhəmmədi deyib ki, iki ölkə arasında “bir pəncərə” sisteminə keçid planlaşdırılır: “Belə olan halda insanların gediş-gəlişi, eləcə də ticari mübadilələr və s. daha da asanlaşacaq. Artıq Biləsuvar gömrüyündə “bir pəncərə” sisteminin icrasına başlamışıq. Bu yaxınlarda bunu Astara və Culfa gömrüklərində də tətbiq etmək fikrindəyik. Azərbaycanın da bizimlə bu sistemdə işləyəcəyinə ümid edirik. Biz Azərbaycan tərəfindən gələn malları etibar etdiyimiz üçün yoxlamayacağıq, çünki buna ehtiyac olmayacaq”.

Azərbaycan DGK-nın sədr müavini Əsgər Abdullayev isə bildirib ki, gömrük qaydaları və qanunları hüquqi müstəvidə genişlənməli və güclənməlidir: “Azərbaycan gömrüyü İranın Avropaya çıxması üçün tranzit rolunu oynayır və bu, İran üçün çox əhəmiyyətlidir. Azərbaycanda tranzit malların daşınması üçün Avropa standartlarına cavab verən yollar inşa olunub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR