Bank Of Baku

«Azərqarant» sığorta şirkəti bu il daxilolmalarını 25% artırıb

«Azərqarant» sığorta şirkəti bu il daxilolmalarını 25% artırıb
# 06 aprel 2010 13:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərqarant» sığorta şirkətinin 2010-cu ilin yanvar-mart aylarında topladığı sığorta haqlarının həcmi 183,086 min manat təşkil edib ki, bu da 2009-cu ilin birinci rübü ilə müqayisədə 25,3% çoxdur.

Şirkətin İdarə Heyəti sədrinin müavini Şükür Hüseynovun «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 3,7 dəfə azalaraq 10,380 min manat təşkil edib.

Hesabat dövründə toplanan sığorta haqlarının çox hissəsi «Fərdi qəza sığortası» (109,163 min manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (24,834 min manat), «Əmlak sığortası» (20,380 min manat) və «Kasko sığortası» (13,470 min manat) növlərinin payına düşüb. Bu növlərin ümumi daxilolmalarda xüsusi çəkisi isə müvafiq olaraq 59,62%, 13,56%, 11,13% və 7,36% təşkil edib.

Ödənişlərə gəldikdə isə, ən çox vəsait «Kasko sığortası» (8,046 min manat və ya 74,5%), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (2 min manat və ya 19,3%) və «Tibbi sığorta» (335 manat və ya 3,2%) növləri üzrə ödənilib.

Xatırladaq ki, təsisçisi bir yerli fiziki şəxs olan «Azərqarant» sığorta şirkəti 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalı 1,7 mln. manat təşkil edib. Şirkət 23 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR