Bank Of Baku

ÜTT: Dünya ticarətinin 2010-cu ildə 9,5% səviyyəsində artması gözlənilir

ÜTT: Dünya ticarətinin 2010-cu ildə 9,5% səviyyəsində artması gözlənilir
# 06 aprel 2010 13:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Son 70 il ərzində əhəmiyyətli dərəcədə aşağı düşən dünya ticarətinin 2010-cu ildə 9,5% səviyyəsində artması gözlənilir.

«APA-Economics»in məlumatına görə, bu proqnoz Ümumdünya Ticarət Təşkilatının (ÜTT) hazırladığı sonuncu hesabatında verilib.

ÜTT iqtisadçılarının fikrincə, hazırda dünya ticarəti bərpa olunma fazasındadır. Artıq 2010-cu ildə inkişaf etmiş ölkələrdə ixracın həcmi 7,5%, inkişafda olan ölkələrdə isə ixracın həcmi 11% olacağı gözlənilir ki, bu da dünya iqtisadiyyatı səviyyəsinin artması, neftin qiymətinin və valyuta məzənnəsinin stabilləşməsi ilə bağlıdır. Bununla belə, mütəxəssislərin fikrincə, 9,5%-lik artım böhrandan öncəki səviyyəyə çatmayacaq. Lakin bu göstərici iki il davam etsə, 2008-ci ilin göstəricisinə nail olmaq mümkündür. İnkişaf etmiş ölkələrə isə 3 il tələb olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR