Bank Of Baku

Beynəlxalq Valyuta Fondu: Bu il dünya iqtisadiyyatı 4,1% artacaq

Beynəlxalq Valyuta Fondu: Bu il dünya iqtisadiyyatı 4,1% artacaq
# 06 aprel 2010 13:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində dünya iqtisadiyyatının artım tempi 4,1%-dək artacaq. «APA-Economics»in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarında bildirilir.

Dünya iqtisadiyyatının artımına dair BVF-nin bundan öncəki proqnoz isə 0,2% səviyyəsində olub. Fondun hazırkı proqnozlarına əsasən, ABŞ iqtisadiyyatı 2010-cu ildə 3%, Avrozonada isə 0,8% artacaq. Gələn il ərzində isə Avropa iqtisadiyyatının artım tempinin 1,5% olacağı gözlənilir. Mütəxəssislərin fikrincə, Avropa iqtisadiyyatı region ölkələrində daxili amillər, o cümlədən Yunanıstandakı problemlər səbəbindən digər regionların iqtisadiyyatından fərqli olaraq bir qədər zəif inkişaf edir.

BVF-nin növbəti yenilənmiş proqnozu isə cari ilin aprelin 21-də açıqlanacaq.

Qeyd edək ki, ötən həftə «Fitch Ratings» beynəlxalq reytinq agentliyi 2010-cu il üçün dünya iqtisadiyyatının artım tempini 2,8% səviyyəsində proqnozlaşdırıb. Bununla yanaşı, agentliyin proqnozlarına əsasən, sənayesi inkişaf edən ölkələrdə ÜDM-in artım tempinin 1,9%, Braziliya, Rusiya, Hindistan və Çində isə bu göstəricinin 7,5% təşkil edəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR