Bank Of Baku

Azərbaycanda bank mənfəəti kəskin azalıb

Azərbaycanda bank mənfəəti kəskin azalıb
# 07 aprel 2010 08:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının 2010-cu ilin yanvar-fevral aylarında ərzində əldə etdiyi vergi ödənilənədək mənfəətin həcmi 30,45 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin yanvar-fevarl aylarının göstəricisi ilə müqayisədə hesabat dövründə 49,56 mln. manat və ya 2,6 dəfə azalma müşahidə olunub.

Yanvar-fevral aylarının yekunlarına görə, 29,40 mln. manat təşkil edən aktivlər üzrə xüsusi ehtiyatlara ayırmalar nəzərə alınmaqla, bankların cəmi mənfəətinin həcmi 59,85 mln. manata bərabər olub ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 30,81 mln. manat və ya 34% azdır.

Bankların faiz gəlirləri 176,14 mln. manat, faiz xərcləri 85,90 mln. manat təşkil edib, nəticədə, xalis faiz mənfəəti 90,24 mln. manat olub. Eyni zamanda, bankların qeyri-faiz gəlirləri 32,03 mln. manat, qeyri-faiz xərcləri isə 62,27 mln. manat təşkil edib ki, bunun nəticəsində qeyri-faiz əməliyyatları üzrə 30,24 mln. manata bərabər xalis zərər yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR