Bank Of Baku

Azərbaycanda bank kreditlərinin həcmi azalıb

Azərbaycanda bank kreditlərinin həcmi azalıb
# 07 aprel 2010 08:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının kredit qoyuluşlarının həcmi 2010-cu ilin mart ayının 1-nə 8 160,3 mln. manata bərabər olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 651,3 mln. manat və ya 25,4% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəli ilə müqayisədə bankların məcmu kredit portfeli 70,1 mln. manat və ya 0,9% azalıb. O cümlədən, yanvarda 17,6 mln. manat həcmində artım, fevralda isə 87,7 mln. manatlıq azalma baş verib.

Xatırladaq ki, ötən ilin yekunlarına görə, kreditlərin həcmi 17,3% artıb, halbuki ilin ilk üç ayı ərzində 14%-lik azalma baş verib, sonra isə davamlı artım tendensiyası formalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR