Bank Of Baku

Azərbaycan AYİB-in Zaqrebdə keçiriləcək illik toplantısında iştirak edəcək

Azərbaycan AYİB-in Zaqrebdə keçiriləcək illik toplantısında iştirak edəcək
# 07 aprel 2010 13:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayının 14-15-də Zaqrebdə (Xorvatiya) Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Direktorlar Şurasının növbəti illik toplantısı keçiriləcək.

AYİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda Avropa Bankının son illər ərzində regiondakı fəaliyyəti, dünyada zəifləyən iqtisadi artımdan sonrakı proseslər, dünya maliyyə böhranının təsirləri, Bank tərəfindən sərt maliyyə bazarı dövründə kapitalın həcmi və bir sıra digər məsələlər müzakirə olunacaq.

«Azərbaycanı bu tədbirdə AYİB-in Azərbaycan üzrə rəhbəri, ölkənin iqtisadi inkişaf naziri Şahin Mustafayevin təmsil edəcəyi gözlənilir», - deyə AYİB-in Bakı ofisindən bildirilib.

Xatırladaq ki, AYİB-in səhmdarlının illik toplantısı sonuncu dəfə 2009-cu ilin mayın 15-16-da Londonda (Böyük Britaniya) keçirilib.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Bu günə kimi AYİB Azərbaycanda ümumi dəyəri 1,4 mlrd. ABŞ dolları olan 100 investisiya layihəsi həyata keçirib. Bank əsas diqqətini dayanıqlı maliyyə sektorunun inkişaf etdirilməsinə, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə və qeyri-neft özəl sektorunun inkişaf etdirilməsinə yetirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR