Bank Of Baku

«AGLeasing» şirkəti lizinq müqavilələrinin sayını artırıb

«AGLeasing» şirkəti lizinq müqavilələrinin sayını artırıb
# 07 aprel 2010 14:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «AGLeasing» şirkətinin lizinq portfelinin həcmi 2010-cu ilin aprel ayının 1-nə 5,469 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 32% azdır.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin lizinqə verdiyi avadanlıqların dəyəri 29,2% azalaraq 8,554 mln. manat olub.

Bu müddət ərzində şirkətin nizamnamə kapitalının həcmində artım olmayıb. Lakin bağlanan lizinq müqavilələrinin sayı son bir il ərzində 2,2% artaraq 141-ə çatıb. Lizinq portfelinin strukturuna gəldikdə, tikinti, ictimai nəqliyyat və istehsalat sahələri portfelin əsasını təşkil edib.

Xatırladaq ki, «AGLeasing» şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «AGBank» ASC, Böyük Britaniyanın «Hyperion Capital İnvestments Ltd.» və ABŞ-ın «Delta Trans Group LLC» şirkətləri çıxış edir. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR