Bank Of Baku

Azərbaycan fond bazarında yeni diler fəaliyyətə başlayır

Azərbaycan fond bazarında yeni diler fəaliyyətə başlayır
# 07 aprel 2010 14:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən «Caspian Financial» MMC-yə xüsusi razılıq (lisenziya) verilib.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, Komitə tərəfindən «Caspian Financial»a verilən lisenziya diler fəaliyyəti ilə məşğul olmasına icazə verir. Lisenziya 5 il müddətinə verilib.

«AGBank» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, «Caspian Financial» MMC-nin təsisçiləri rolunda «AGBank» (49%) və Böyük Britaniyanın «Kazimir Partners» (51%) şirkəti çıxış edir.

Beləliklə, hazırda Azərbaycanın qiymətli kağızlar bazarında 14 broker fəaliyyəti, 14 diler fəaliyyəti və 4 qiymətli kağızların idarə edilməsi, 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 1 fond birjası və 1 klirinq üzrə peşəkar fəaliyyətə verilmiş xüsusi razılıqlar (lisenziyalar) qüvvədədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR