Bank Of Baku

Bakıda Xəzər Beynəlxalq Bankçılıq və Maliyyə sərgisi keçiriləcək

Bakıda Xəzər Beynəlxalq Bankçılıq və Maliyyə sərgisi keçiriləcək
# 08 aprel 2010 01:00 (UTC +04:00)
Bakı-APA. 2010-cu il aprel ayının 13-dən 14-dək Bakıda, Avropa Qrand Otelində Xəzər Beynəlxalq Bankçılıq və Maliyyə sərgisi keçiriləcək. Bu barədə APA-ya Iteca Caspian LLC-dən məlumat veriblər.

“Banking & Finance 2010” sərgisi maliyyə böhranına baxmayaraq öz bizneslərini inkişaf etdirməyi planlaşdıran və ya sadəcə məsləhət almaq istəyən şəxslərə öz vaxtlarına kifayət qədər qənaət etməyə kömək edəcək. Burada əsaslandırılmış və tarazlaşdırılmış qərarın qəbul edilməsi üçün vacib sayılan bütün məlumatları ilkin mənbələrdən əldə etmək mümkün olacaq. Sərgiyə gələn ziyarətçilər yeni və sərfəli təkliflər, imtiyazlı paketlər, Azərbaycan banklarının kredit şərtləri ilə yaxından tanış olmaqla bərabər, bank nümayəndələrindən geniş məsləhətlər də ala biləcəklər. Sərgi iştirakçıları xırda kreditlərin alınmasına dair yeni proqramlar və əhali üçün nəzərdə tutulmuş digər xidmətlər təqdim edəcəklər.

Sərgidə bankların özü də diqqətdən kənarda qalmayacaq. Sərgidə İT texnologiyalar sahəsinin mütəxəssisləri üçün böyük əhəmiyyət kəsb edən xüsusi sektorlardan biri, maliyyə sektoru üçün informasiya sistemləri, bank texnologiyaları, banklar üçün proqramlaşdırma, bankomatlar və s. təqdim edən “BankTech” sektoru olacaq.

«Banking & Finance 2010» sərgisi Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Azərbaycan Banklar Assosiasiyası, Gürcüstan Banklar Assosiasiyası, Rusiya Banklar Assosiasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankının rəsmi dəstəyi ilə təşkil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR