Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, M3 aqreqatının həcmi yanvar-fevral aylarında 4% azalıb. Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.
Pul kütləsinin M2 aqreqatı 2010-cu ilin yanvar-fevral ayları ərzində 5,1% azalaraq 5 853,1 mln. manata çatıb:
(mln. AZN)
| 01.03.2009 | 01.01.2010 | 01.03.2010 |
M0 (nağd pullar) | 3 666,9 | 4 174,8 | 4 083,9 |
M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər) | 4 528,5 | 5 239,8 | 4 982,5 |
M2 (Nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər) | 5 264,8 | 6 169,2 | 5 853,1 |
M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər) | 7 328,4 | 8 469,2 | 8 132,6 |
Göründüyü kimi, cari ilin əvvəli ilə müqayisədə pul kütləsinin bütün tərkib hissələri üzrə azalma baş verib.
Qeyd edək ki, cari ilin mart ayının 1-nə nağd pulun manat pul kütləsində (M2 aqreqatı) xüsusi çəkisinin göstəricisi 69,77% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 0,12 faiz bəndi çoxdur.