Dünya Bankı Azərbaycandakı həyat şəraitini qiymətləndirib
Q.Yedjeyçak onu da bildirib ki, Azərbaycan insan resurslarına diqqət yetirməli, yüksək ixtisaslı təbəqəyə nail olmaq üçün yatırımlar etməlidir: «Hesabat əsasında biz Azərbaycanda inkişafa təkan verəcək töhvələr hazırlayacağıq».
Daha sonra DB-nın baş iqtisadçısı Lire Ersado hesabatın geniş təqdimatını keçirib. O qeyd edib ki, hesabatı hazırlayarkən DB Azərbaycanda həyata keçirilən ünvanlı sosial yardım proqramını dəyərləndirib, böhranın yoxsul təbəqəyə nə qədər ziyan vurduğunu öyrənib, ölkənin əldə etdiyi gəlirlərin artım tempinin sürətli səviyyədə saxlanılması imkanlarını araşdırıb: «Ümumiyyətlə, son 8 il ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi hər il orta hesabla 3 faiz bəndi aşağı düşüb və böhran dövründə belə yoxsulluğun səviyyəsi artmayıb. Azərbaycanda son illər ərzində 2,5 mln. insan yoxsulluqdan xilas olunaraq orta təbəqəyə qoşulub».
Hesabatda həmçinin qeyd olunub ki, son onillik ərzində Azərbaycanda sürətli iqtisadi artım və uğurlu sosial proqramların icrası sayəsində yoxsulluğun azaldılmasında ciddi nailiyyətlər əldə olunub. Lakin yoxsulluğun qeyri-gəlir aspektlərinin həlli və ölkə əhalisinin insan kapitalının gücləndirilməsi ilə bağlı bəzi vəzifələr hələ qalmaqdadır.
«Son 8 ili əhatə edən hesabat göstərir ki, bu dövr ərzində Azərbaycan iqtisadiyyatı orta hesabla 17,3% artıb. Bunun əsasında neft bumu və hökumətin irimiqiyaslı xərcləri dayanıb», - deyə L.Ersado bildirib.
Hesabatda həmçinin qeyd olunub ki, Azərbaycanın təhsil, səhiyyə və kommunal xidmətlər sahələrində hələ də müəyyən problemlər mövcuddur. Belə ki, bütün bu sahələrdə xərclərin payı artıb. Təhsil müəssisələrinə qəbulun aşağı səviyyədə olması və məktəbəqədər və ali təhsil arasında ciddi bərabərsizlik müşahidə olunur. Oxşar ölkələrlə müqayisədə isə ali təhsil sahəsindəki vəziyyət Azərbaycanın xeyrinə deyil.
Ümumiyyətlə, hesabatda yoxsulluğun bəzi qeyri-gəlir aspektləri, ali təhsil sahəsində iştirak səviyyəsinin çox aşağı olması və qeyri-bərabərlik, səhiyyə xidmətləri üçün insanların öz cibindən iri məbləğdə vəsaitin ödəməsi və yoxsulların səhiyyə xidmətlərindən istifadə etməsi sahəsində maliyyə baryerləri və iqtisadi fəaliyyətdə və məşğulluq imkanları sahəsində şəhər-kənd və regional fərqlərin artması kimi amillər öz əksini tapıb.
Xəbər Lenti
Magistraturaya qəbul imtahanında 15 mindən çox şəxs iştirak edəcək
Aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsinə həsr olunmuş regional müşavirələrə start verilir
Bu günün valyuta məzənnələri
Bəqai: İranla ABŞ arasında yekun razılaşma ilə bağlı hələ nəticə əldə olunmayıb
Goranboyda marketdə quldurluq edən şəxs saxlanılıb
Əmtəə bazarlarında gümüş 5%-ə yaxın bahalaşıb
“Brent” neftinin qiyməti 90 dollardan aşağı enib
"NYMEX" əmtəə birjasında təbii qaz ucuzlaşıb
Kriptobirja yüksəlişdə: "Bitcoin"in qiyməti 63 min dolları ötüb
Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
DÇ-2026: Cənubi Koreya Çexiyanı məğlub edib
Paytaxt və Lənkaranın bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Bakının bir sıra ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq
KİV: ABŞ Hörmüz boğazı istiqamətində uçan iki İran dronunu vurub
Fars: İran ABŞ-la razılaşmanın heç bir mətnini hələ təsdiqləməyib
KİV: Ukraynaya göndərilən silahlar Avropanın qara bazarına çıxa bilər
İlon Mask tarixdə ilk trilyonçu olub
ABŞ maliyyə naziri: Dondurulmuş İran aktivləri Körfəz ölkələrinə kompensasiya üçün istifadə olunacaq
Den Carvis Böyük Britaniyanın müdafiə naziri təyin edilib
İsrail ordusu Livanın cənubunda əməliyyat nəzarəti qurduğunu açıqlayıb
Britaniyanın silahlı qüvvələr naziri istefa verib
Meksika dünya çempionatına qələbə ilə başlayıb
"BlackRock" şirkəti "SpaceX" səhmlərinin alınması üçün ən azı 5 milyard dollarlıq sifariş verib
Tramp İranla bağlı razılaşmaları region liderləri ilə müzakirə edib
Gəncədə 63 yaşlı kişi qətlə yetirilib
Tramp: ABŞ və İran müharibənin başa çatdırılması ilə bağlı razılığa gəlib, sənəd həftəsonu Avropada imzalana bilər
Aralıq dənizində zəlzələ baş verib
İran ABŞ-la razılaşma mətninin hazır olması barədə məlumatları təkzib edib
Azərbaycan və Tailand arasında konsulluq məsləhətləşmələri baş tutub - FOTO
Mourinyo 2029-cu ilə qədər “Real”la müqavilə imzalayıb
Estoniyanın Azərbaycanda səfirliyi açılıb
Azərbaycan və Estoniya arasında siyasi məsləhətləşmələr baş tutub
KİV: Ukrayna Kramatorskdakı zavodları ölkənin qərbinə köçürür
Fransa Kaya Kallasın səlahiyyətlərinin artırılmasını təklif edib
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi baş tutub
“Platinum Wolf - 2026” təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib - FOTO
Tramp İrana planlaşdırılan zərbələrin ləğv edildiyini açıqlayıb
Beyləqanda qəza baş verib, 3 nəfər yaralanıb - FOTO
İran parlamentinin sədri ABŞ-a xəbərdarlıq edib
BMT Yaxın Şərqdəki eskalasiyadan narahatdır
BƏƏ və İran müharibə başlayandan bəri ilk dəfə üzbəüz görüş keçiriblər
Təbriz-Məşhəd qatarı relsdən çıxıb, xəsarət alan var
Qambiya Prezidenti Azərbaycan liderinə təbrik ünvanlayıb
CNN: Pentaqonda elan edilən həyəcan siqnalının yalan olduğu müəyyən edilib - YENİLƏNİB
Albaniya Baş naziri Edi Rama Prezident İlham Əliyevi təbrik edib
Sumqayıtda avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO
"Sabah" "Lill"in 21 yaşlı vingerini icarəyə götürüb
Almaniya ordusu Rusiyanın mümkün hücumuna hazırlaşır
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər